Bir manatlıq təhlükə:


Digərləri 15 Mar 2020 14:38:00 154 0

Bir manatlıq təhlükə:

Koronavirusa yoluxmaların qarşısını almaq məqsədilə bir sıra dünya ölkələrində, o cümlədən Azərbaycanda xüsusi rejim tətbiq edilir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tez-tez məlumatlar yayıb, insanları diqqətli olmağa, ictimai-iaşə yerlərindən mümkün qədər  uzaq durmağa çağırır.

Eyni zamanda, ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai-iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər yayıb. Həmin göstərişin bir bəndində qeyd edilib ki, bu kimi obyektlər mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasını təmin etməlidir. 

Son.az musavat.com-a istinadən bildirir ki, hazırda iri ticarət mərkəzləri, mollar xüsusi rejimdə çalışır. Rəsmi məlumatlara görə, bu yerlərdə dezinfeksiya tədbirlərinə ciddi riayət olunur. Lakin Bakı küçələrində müşahidə etdik ki, insanlar bu qədər çağırışlara rəğmən yenə də 1 manatlıq dönər almaq üçün içərisində bir  nəfərin güclə dayandığı dönərxayana bənzər obyektlərin qarşısında növbəyə dayanıblar. 

Onlarla söhbət etdiyimiz zaman bildirdilər ki, heç bir təhlükə hiss etmirlər. Əksəriyyəti söylədi ki, koronavirus, sadəcə olaraq, şayiədir Bu şayiəyə inanıb, 1 manatlıq dönərdən imtina edə bilməzlər. 

Müşahidə etdik ki, 1 manatlıq toyuq dönərinin içərisinə toyuq ətindən başqa mayanez, tərəvəz də qoyulur.