Zərdabda toyda 2 nəfər bıçaqlandı


Sosial 15 Mar 2020 14:29:56 135 0

Zərdabda toyda 2 nəfər bıçaqlandı

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.