İki avtomobil toqquşdu:


Digərləri 15 Mar 2020 12:48:00 138 0

İki avtomobil toqquşdu:

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürdəmir kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik və "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Qızmeydan kənd sakinləri, 2003-cü il təvəllüdlü Süleymanov Nüsrət Süleyman oğlu və 1980-ci il təvəllüdlü Cəbrayılov Raqib Cəbrayıl oğlu xəsarət alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.