“Zara” Avropada mağazalarını bağladı


Dünya 15 Mar 2020 11:56:00 154 0

“Zara” Avropada mağazalarını bağladı

Azərbaycanda da fəaliyyət göstərən "Zara" geyim mağazası İtaliyadan sonra İspaniyada da bütün mağazalarını bağlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" şirkət rəsmilərindən birinə istinadən xəbər yayıb.

Mağazaların müvəqqəti bağlanılması ötən gündən başlayıb.

Qeyd edək ki, "Zara"nın ən çox mağazası məhz İspaniyadadır. İspaniya İtaliyadan sonra Avropada koronavirusun ən geniş yayıldığı ikinci ölkədir.