Zaqatalada kababçı özünü yandırıb


Digərləri 15 Mar 2020 11:36:00 201 0

Zaqatalada kababçı özünü yandırıb

Zaqatalada kababçı özünü yandırıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Tala çayının ərazisində baş verib.

Rayonun Çökək kənd sakini, Həsən adlı şəxs üzərinə benzin tökərək özünü yandırıb. O, hadisə yerində yanaraq ölüb. Özünü yandıran şəxsin kababçı peşəsi ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.