“Mucize Doktor”un Nazlısı da azərbaycanlı imiş...


Digərləri 14 Mar 2020 17:44:00 261 0

“Mucize Doktor”un Nazlısı da azərbaycanlı imiş...

Türkiyədə kifayət qədər məşhur olan əslən Azərbaycandan olan sənətçilər var. Kimisi serial ulduzu, kimisi müğənni, kimisi isə teatr xadimidir. 

Son.az "Qafqazinfo"ya istinadən Türkiyədə fəaliyyət göstərən tanınmışları təqdim edir:

Aktrisa Sinem Ünsal 1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir. O, hazırda reytinqli "Mucize Doktor" serialında Nazlı obrazına həyat verir.

Aktyor Ozan Akbaba 1982-ci ildə Qarsda dünyaya gəlib. Bir çox layihələrdə yer alan O. Akbaba hazırda ATV-də yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas roluna həyat verir. 

Son zamanlar populyarlaşmağa başlayan aktrisa Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib, 11 yaşında ailəsi ilə birgə Türkiyəyə köçüb. 51-ci "Qızıl Portağal" mükafat mərasimində "ən yaxşı aktrisa" nominasiyası üzrə qalib olub.  Hazırda Fox TV-də yayımlanan məşhur "Yasak Elma" serialında Şahika obrazını canlandırır. 

"Çoçuklar Duymasın" serialının ulduzu Tamer Karadağlı da əslən azərbaycanlıdır.  Ankarada dünyaya gəlsə də, ailəsi Qarsda yaşayıb və Azərbaycan türküdür. 

Türkiyənin məşhur modeli Çağla Şikelin atası azərbaycanlıdır, Qarsda yaşayıb.  Podium ulduzu dəfələrdə açıqlamasında kökünün Azərbaycan türkü olduğunu bildirib. 

Türkiyənin əfsanəvi ifaçısı Cem Karaca da əslən Azərbaycandandır. 1945-ci ildə İstanbulda dünyaya gələn sənətçinin atası Azərbaycan türküdür.