“Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO


Sosial 14 Mar 2020 17:27:16 139 0

“Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO

Nazirlər Kabinetinin Sərəncamına əsasən,&Koronavirus (COVİD - 19) infeksiyasına&yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edil

Nazirlər Kabinetinin Sərəncamına əsasən,Koronavirus (COVİD - 19) infeksiyasınayoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsilin davamlılığını təmin etmək məqsədi iləTəhsil Nazirliyi ilə“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə“Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslər təşkil olunur.

Bu təcrübədən özəl tədris müəssisələri də yararlanır. Belə ki,“Azerbaijan British College”-də (ABC) təlim-tədris prosesi müvəqqəti olaraq onlayn qaydada həyata keçirilir.

“Report”un məlumatına görə,ABC-nin direktoru Yan Makkatçon bildirib ki, şagirdlərin təhlükəsizliyi naminə məktəblərin bağlanması ilə bağlı qərarı alqışlayır: “Eləcə də təhsilin davam etdirilməsini vacib sayırıq. Buna görə də şagirdlərin dərslərindən geri qalmaması üçün yeni texnoloji platformalardan istifadə edirik”.

Təhsil kompleksində dərslər məktəb rəhbərliyinin hazırladığı proqrama uyğun davam etdirilir. Şagirdlər "Google Classroom", “SlideRoom” və s. kimi onlayn resurslardan istifadə edirlər. Bundan əlavə, müəllimlər səhər saat 8:00-dan onlayn qaydada işləyirlər. Müəllimlər dərslərin müntənzəm olması üçün şagirdlərin onlayn rejimdə olduğunu, dərslərdə iştirak edib-etmədiyi yoxlanılır və daim ailələrlə əlaqə saxlanılır.