Diridiri dəfn olunduğu deyilən Xalq artisti


Kriminal 14 Mar 2020 17:29:00 75 0

Diridiri dəfn olunduğu deyilən Xalq artisti

Son.az ölkə.az-a istinadla Gülşən Qurbanova ilə bağlı yazını təqdim edir:

Bu dəfə tanınmış aktrisa, bir neçə il öncə həyatdan köçərkən haqqında müəmmalar söylənilən mərhum xalq artisti Gülşən Qurbanovadan bəhs edəcəyik.

Aktrisa haqda yazacaqlarıma keçməzdən öncə deyim ki, o, bəlkə də haqqında ən çox şayiə dolaşan 3-4 sənət adamından biridir. İstər sağlığında, istərsə də, ölümündən sonra Xalq artisti barədə müxtəlif iddialar ortaya atıldı.

Amma öncə aktrisanın tərcümeyi-halı barədə.

Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən xanım elə həmin ildən Gənc Tamaşaçılar Teatrında işə düzəlir.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) .

Aktrisa kinoda və televiziya tamaşalarında da müxtəlif obrazlar yaradıb. G.Qurbanovanın filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürməyib. Yuli Qusmanın Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor olduğu dönəmlərdə Rüstəm də teatrın rus bölməsinin aktyoru imiş. Elə həmin dönəmdə Rüstəmlə Gülşən Qurbanova ayrılırlar və gənc aktyor Moskvaya gedir. Yeri gəlmişkən, o zaman Yuli Qusman Gülşən Qurbanovanın baldızı ilə evli idi. Yəni Rüstəmin bacısı ilə.

Bu ayrılıqdan sonra Gülşən Qurbanova daha bir həmkarı ilə ailə həyatı qurur. Ancaq onun aktyor Mübariz Əlixanoğlu ilə ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. Doğrudur, Gülşən Qurbanova da necə deyərlər "yeyib-içən" qadın idi, siqaret də çəkirdi. Amma onu belə kişi maraqlandıra bilməzdi. Xatırlamayanlar üçün deyim ki, M.Əlixanoğlu bir neçə filmdə, o cümlədən "Yol əhvalatı"nda inspektor rolunda çəkilib.

Teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun  müddət AzTV-nin "Gəlin birlikdə gülək" adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Elə  həmin illərdə aktrisanın hazırda ağır xəstə olan əməkdar artist Azər Mirzəyevlə eşq macərası yaşadığı söylənilir. Amma təbii ki, bütün bunlar gerçək deyildi. Doğrudur, onlar arasında hansısa münasibət ola bilərdi, amma sırf sevgiyə söykənən münasibətin olması ağlabatan deyildi. Bu haqda yazının növbəti hissəsində.

AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. "Qaynar qazan" verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə etdi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı və "Lider" telekanalına üz tutdu.

Elə "Lider"dəki "Mikser" verilişinin də ilk qonağı Azər Mirzəyev idi.

Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirərək 56 yaşında həyata vida edib. Hər zaman "Gülüş - mənim müdafiə reaksiyamdır" deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də aktrisa iş yoldaşlarına və yaxınınlarına həmişə deyərmiş ki, "əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim". Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

“Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO like
  • 14 Mar 17:27  
Sosial “Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO

Nazirlər Kabinetinin Sərəncamına əsasən,&Koronavirus (COVİD - 19) infeksi

arrow Ətraflı
Koronavirusa görə azanın sözlərində dəyişiklik edilib like
  • 14 Mar 17:24  
Digərləri Koronavirusa görə azanın sözlərində dəyişiklik edilib

Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarınd

arrow Ətraflı
Bakıda qanunsuz valyuta dəyişənlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var like
  • 14 Mar 17:23  
Sosial Bakıda qanunsuz valyuta dəyişənlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var

“Amrahbank”da qanunsuz valyuta mübadiləsi aparnlar həbs edildi

arrow Ətraflı
İspaniyada bir gündə 1 500 nəfər koronavirusa yoluxdu like
  • 14 Mar 17:23  
Dünya İspaniyada bir gündə 1 500 nəfər koronavirusa yoluxdu

İspaniyada koronavirusa yoluxanların sayı kəskin artdı

arrow Ətraflı
NATOnun keçmiş baş katibi koronavirusa yoluxub like
  • 14 Mar 17:19  
Dünya NATOnun keçmiş baş katibi koronavirusa yoluxub

NATO-nun keçmiş baş katibi Haviyer Solana koronavirusa yoluxub.

arrow Ətraflı
Koronavirusun yayılmaması üçün Azərbaycan dövləti bütün önləyici tədbirləri alır like
  • 14 Mar 17:17  
Digərləri Koronavirusun yayılmaması üçün Azərbaycan dövləti bütün önləyici tədbirləri alır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Koronavirus infeksiyası (COVİD-1

arrow Ətraflı
Yevlaxda fermanın 5 hektar sahəsi yanıb like
  • 14 Mar 17:14  
Digərləri Yevlaxda fermanın 5 hektar sahəsi yanıb

Yevlax şəhərinin Varvara kəndində ferma ərazisində 5 hektar sahədə kol-

arrow Ətraflı
Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir" like
  • 14 Mar 17:13  
İqtisadiyyat Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir"

Bakı və onun ətrafında dəmir yolu nəqliyyatı sərnişindaşımada əsas n

arrow Ətraflı
Avstriya viza verilməsini dayandırdı like
  • 14 Mar 17:09  
Siyasət Avstriya viza verilməsini dayandırdı

Yeni koronavirusa qarşı tədbirlər çərçivəsində Avstriyanın xarici ölk

arrow Ətraflı
Azərbaycan xalçaları İstanbulda sərgilənir like
  • 14 Mar 17:09  
Digərləri Azərbaycan xalçaları İstanbulda sərgilənir

13 mart 2020-ci il tarixində İstanbulda "Türk və İslam Əsərləri Muz

arrow Ətraflı
İran yardıma görə Azərbaycana təşəkkür edib like
  • 14 Mar 17:07  
Siyasət İran yardıma görə Azərbaycana təşəkkür edib

İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Musə

arrow Ətraflı
Bakı metrosunda gündəlik sərnişin axını 150 minədək azalıb like
  • 14 Mar 17:06  
İqtisadiyyat Bakı metrosunda gündəlik sərnişin axını 150 minədək azalıb

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında sərnişin sıxlığı nəzə

arrow Ətraflı
Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB like
  • 14 Mar 16:58  
Sosial Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Demi Rous yeni FOTOsu ilə gündəmdə like
  • 14 Mar 16:54  
Digərləri Demi Rous yeni FOTOsu ilə gündəmdə

Cazibədar model Demi Rouz növbəti dəfə iddialı fotosu ilə diqqət mərkə

arrow Ətraflı