Yevlaxda fermanın 5 hektar sahəsi yanıb


Digərləri 14 Mar 2020 17:14:00 179 0

Yevlaxda fermanın 5 hektar sahəsi yanıb

Yevlax şəhərinin Varvara kəndində ferma ərazisində 5 hektar sahədə kol-kos və qamışlıq, yaxınlıqda ümumi sahəsi 20 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a məlumat verilib.

Ferma və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.