Bakı metrosunda gündəlik sərnişin axını 150 minədək azalıb


İqtisadiyyat 14 Mar 2020 17:06:35 157 0

Bakı metrosunda gündəlik sərnişin axını 150 minədək azalıb

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında sərnişin sıxlığı nəzərəçarpacaq dərəcədə azalıb

“Koronavirus təhlükəsinə görə ölkədə martın 1-dən etibarən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin stansiyalarında sərnişin sıxlığı nəzərəçarpacaq dərəcədə azalıb”.

“Report” xəbər verir ki, bu barədə qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev “AVTO FM” radiosunun efirindəbildirib.

O vurğulayıb ki, metroda sərnişin sıxlığının azalmasını məhz təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqələndirmək olmaz: “Belə ki, mövcud problemlə əlaqədar olaraq əhalinin bir qismi şəhərə çıxmamağa çalışır. Hazırda metroda gün ərzində 100-150 minədək sərnişin azalması müşahidə edilir”.

Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusun yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Qeyd edək ki, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.