Avstriya viza verilməsini dayandırdı


Siyasət 14 Mar 2020 17:09:36 177 0

Avstriya viza verilməsini dayandırdı

Yeni koronavirusa qarşı tədbirlər çərçivəsində Avstriyanın xarici ölkələrdəki səfirlikləri vizaların verilməsini dayandırıb.

© Pinterest

Yeni koronavirusa qarşı tədbirlər çərçivəsində Avstriyanın xarici ölkələrdəki səfirlikləri vizaların verilməsini dayandırıb.

“Report” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Avstriya Mətbuat Agentliyi ilə (APA) birgə yaydığı məlumatagörə, bu addım ölkə vətəndaşlarının yaxın qohumlarından, habelə Avropa İttifaqıölkələri vətəndaşlarından gələn ərizələrə şamil olunmur.

Qeyd edək ki, ölkədə mədəniyyət, əyləncə müəssisələri, idman qurğuları aprelin 3-dək bağlanıb, bütün səviyyələrdə təhsil müəssisələrində dərslər isə aprelin 12-dək məsafəli şəkildə aparılacaq. Həmçinin martın 16-dan ərzaq, dava-dərman, yanacaq satışından başqa, pərakəndə ticarət şəbəkəsinin də fəaliyyəti dayandırılır.