Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB


Sosial 14 Mar 2020 16:58:00 155 0

Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Video əlavə olunub

*** 10:31

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza ötən günaxşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İkinci Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Yamən İsmayıl oğlu Quliyev idarə etdiyi avtomobillə yolu keçmək istəyənİkinci Biləcik kənd sakini, 1969-cu il təvəllüdlü Elçin Rəcəbovuvurub.Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.