Koronavirusu Çinə ABŞ ordusu yayıb


Dünya 14 Mar 2020 16:04:00 152 0

Koronavirusu Çinə ABŞ ordusu yayıb

Çininin Uhan şəhərinə koronavirus pandemiyasını ABŞ ordusu yayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu iddianı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Tvitter hesabında paylaşıb.

XİN sözçüsü ABŞ Xəstəliklərin İdarə edilməsi və Qarşısının alınması Mərkəzinin direktoru Robert Redfieldin də olduğu videogörüntünü paylaşaraq, onun daha əvvəl qripdən ölən Amerika vətəndaşlarında koronavirus aşkarlanması ilə bağlı dediyi sözləri xatırladıb.

"R.Redfield bu açıqlama ilə özünü ifşa edib. Bilmək istəyirik ki, ABŞ-da koronavirusa yoluxan ilk xəstə nə vaxt aşkarlanıb? Neçə nəfər virusa yoluxub? Mənim fikrimcə, pandemiyanı Uhana yayan ABŞ ordusudur. Dürüst olun. ABŞ bizə açıqlama borcludur", - XİN rəsmisi bildirib.