Bakıda sevgilisinin başını kəsən gəncin işi


Kriminal 14 Mar 2020 16:19:00 157 0

Bakıda sevgilisinin başını kəsən gəncin işi

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynova iki maddə ilə ittiham elan edilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, hadisəm ötən il sentyabrın 6-da Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verib.

Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.

Məlum olub ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl Günel Bağırovanın yaşadığı evə gəlib. O, qızı yatdığı yerdə boyun nahiyəsindən vurub.