Azərbaycan Türkiyədən müasir silah və hərbi texnika alacaq


Siyasət 14 Mar 2020 16:04:00 180 0

Azərbaycan Türkiyədən müasir silah və hərbi texnika alacaq

Azərbaycan Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqları alacaq.

© google

Azərbaycan Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıq alacaq.

"Report" xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə bildirib.

Bu ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan Müdafiə naziri döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlığın alınması bundan sonra da davam etdiriləcək.