Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib


Digərləri 14 Mar 2020 15:59:00 169 0

Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib

Paytaxtın Binəqədi rayonu ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a Binəqədi rayonu, 2-ci Mədən, korpus 93, 61 ünvanında yerləşən ziyan dəymiş evin sakini bildirib.

Sözügedən ünvanda yerləşən ev Kamilə Kərimovaya məxsusdur. Tikinti şirkətindən şikayətçi isə onun oğludur.

Şikayətçinin sözlərinə görə, bu ünvanın yaxınlığında əvvəl məktəb binası olub:

"Həmin ərazidə köhnə məktəb binası var idi. Məktəb binası söküldü və yerində çuxur qazıldı. Bizim evdən təxminən bir metrə qədər olan məsafədə torpağa basdırılan borular bir müddət sonra əyildi. Bunun nəticəsində evin altının torpağı çöküb. Aşınan torpaq evimizin bir tərəfinin çökməsinə və divarların çatlamasına səbəb olub. Evimiz qəzalı vəziyyətə düşüb. Artıq yeddi aya yaxındır ki, evdə yaşayış yoxdur. Heç kim maraqlanmır ki, biz harada yaşayırıq.

Tikinti "Mahal" Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən aparılır. Şikayət etsək də, şirkətin nümayəndələri evin təmir olunmasında bizə yalnız kosmetik işlərdə yardımçı ola biləcəklərini deyiblər. Onlar bildiriblər ki, divarlarda olan çatları təmir etmək üçün suvaq çəkib, divar kağızı vura bilərlər. Bu isə çıxış yolu deyil".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib: