Gürcüstanda koronavirusa yoluxmuş ilk şəxs sağalıb
Dünya 14 Mar 2020 15:44:00 212 0
"Gürcüstanda koronavirusa yoluxmuş ilk şəxsin yeni analizlərində infeksiya aşkar edilməyib".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan İnfeksiya xəstəxanasının rəhbəri Marina Ezuqbaya deyib.
Onun sözlərinə görə, hazırda həkimlər təkrar testin nəticəsini gözləyirlər.
Həkim bildirib ki, ötən gün keçirilmiş test mənfi nəticə verib. Qaydalara əsasən, 24 saat ərzində təkrar test keçirilməlidir.
Mənbə: milli.az