İrana üçtərəfli şok:


Dünya 14 Mar 2020 15:39:00 151 0

İrana üçtərəfli şok:

İran tarixinin ən çətin dövrünü yaşayır. Ölkə əvvəlcə Qərbin sanksiyalarına görə iqtisadi çətinliklərə məruz qaldı, daha sonra isə koronavirus pandemiyası burada sürətlə yayılmağa başladı. Bu azmış kimi neftin qiymətinin düşməsi İran iqtisadiyyatını darmadağın etdi.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İranın ABŞ-ın İraqdakı Taci düşərgəsini raketlə vurmasını şərh edərkən deyib. O bildirib ki, yuxarıdakı səbəblərə görə İran regionda dəstəklədiyi radikal şiə qruplaşmaları yenidən aktivləşdirib:

"Bunun ən bariz nümunəsi bir müddət öncə Suriya Prezidenti Bəşər Əsədin hücumlarında əsas zərbəçi qüvvənin İran tərəfindən dəstəklənən radikal qruplaşmalar olmasıdır. ABŞ-ın İraqdakı Taci düşərgəsinin raket hücumuna məruz qalması regionda gərginliyi yenidən artıracaq. Hazırda ABŞ bu hücumdan İranı məsul tutaraq, əks-zərbələr endirir. ABŞ-la paralel anti-İŞİD koalisiyası da İranın Suriyada və İraqdakı düşərgələrinə cavab zərbələri endirib. Bütün bunlar bir daha onu göstərir ki, ABŞ hələ də regionda təsirinin olduğunu göstərir. Bu məqsədlə də öz köhnə rəqibi olan İranı hədəfə alıb".