Alimlərdən şad xəbər: COVID19 zərərsizləşdirildi


Digərləri 14 Mar 2020 15:29:00 188 0

Alimlərdən şad xəbər: COVID19 zərərsizləşdirildi

Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib.

Üniversitetin "Twitter" hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində inqilabi bir iş həyata keçirildiyi qeyd olunub.