"Onlar məni qısqandıqca, sənətimə daha çox bağlanıram"


Kriminal 13 Mar 2020 23:15:00 74 0

"Onlar məni qısqandıqca, sənətimə  daha çox bağlanıram"

Humay Qədimova: "Sevəcəksənsə, tar sənə çox şey verəcək"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sədəfli tarın sehrkar sarı simini dilləndirmək və onun dili ilə insanlara gözəl musiqi səfası yaşatmaq hər ifaçıya nəsib olmaz.  Çünki bu iş bir də ürək istəyir. Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən həm sevinc, həm də həzin bir kədər duymaq üçün ifaçının alətə hakim olması, qəlbi ilə hərəkət etməsi, mənə görə çox önəmlidir. Humay Qədimovanın ifasındakı yanğını hiss etməmək isə mümkün deyil. Tarı sinəsinin üzərinə sıxan, qəlbindən keçənləri birbaşa təmasda olduğu tara ötürərək xüsusi bir sevgi ilə ifasını tamaşaçılara çatdıran tarzənin özünəməxsus ifa tərzi var.  "Kaspi"nin qonağı olan Humay Qədimova ilə Azərbaycanın qadın tar məktəbinin davamçısı olmasından və tar ifaçılığının bugünkü durumundan danışdıq.    - İstərdik yeni "Musiqili Konsert" layihənizdən başlayaq. Bu layihə hansı zərurətdən yarandı?

- Layihə barədə uzun müddət idi ki, düşünürdüm. İstəyimi həyata keçirmək üçün müəyyən maneələr vardı. Əslində bu layihə silsiləli şəkildə nəzərdə tutulub. İstəyirik ki,  etdiyimiz yeni sintezləri lentə alıb, gələcək nəsil üçün qızıl fondda saxlayaq. "Musiqili Konsert" layihəsi bir növ mənim hesabatımdır. Layihənin yeni yaratdığım qrupla birgə davam etdirməyi planlaşdırırıq. Layihənin rejissoru Vüsalə Mirzəyevadır.    - Yeni yaratdığınız qrupun adı nədir?

- Qrupun tam olaraq adı yoxdur. Biz o qədər sənətə, yaradıcılığa  köklənmişik ki, bu barədə heç düşünməmişik. Belə ki, iki kişi həmkarım zərb və piano alətlərində məni müşayiət edirlər. Onlarla 6 aydır ki, birlikdə çalışırıq. May ayının sonuna qədər albom hazırlamağı düşünürük. Çox maraqlı repertuar seçmişik. Bu zamana qədər repertuarıma nəzər yetirsək, görərik ki, klassik, bəstəkar və xalq mahnıları üstünlük təşkil edir. Bu qrupla əsas məqsədimiz ondan ibarətdir ki, Avropa, hətta şərqin qarışığı və sintezi olan mahnılara müraciət edək.

- Səhv etmirəmsə, sizin sintez edilmiş bir mahnınız da vardı.

- Bəli,  "Pink Pantera" ritmik kompozisiyanın rolikini belə çəkmişdik. Bu layihə böyük maraq doğurdu. Həmin kompozisiya "Youtube"da reklamsız yarım milyon izləndi. Sözügedən kompozisiya yerli və xarici telekanallarda nümayiş olundu. Bu, mənim deyil, tarın və Azərbaycan mədəniyyətinin uğurudur. Düzdür, "Youtube"da ifalarımın nə qədər izlənməsi ilə maraqlanmıram, yəni sənətə başım o qədər qarışır ki, heç onunla maraqlanmaq üçün zamanım olmur. Əslində gənc nəsil olaraq bunlara bələd olmalı və prosesi yaxından izləməliyik. Yarım milyon o qədər də az rəqəm deyil. İnsanların tardan gözlədikləri təkcə bəstəkar və xalq mahnıları deyil. XXI əsrin gəncləriyik. Yaşadığımız dövrdə hər şey inkişaf etdiyi kimi, musiqinin də gedişatı inkişafdadır. İnsanlar yenilik tələb edirlər. Onun üçün  yeni layihəyə başladım və buna böyük marağın olduğunu görürəm. TV layihəsi ilə bağlı həm yerli, həm də xarici vətəndaşlar tərəfindən xoş sözlər eşidirəm. 

- Xanım tarzən məktəbinin hazırkı durumu necə dəyərləndirirsiniz?

- Əvvəla onu qeyd edim ki, insanlar elə başa düşməsin ki, Humay qadın tarzən olaraq yalnız özünü görür və bu məktəbin yaradıcısı kimi təqdim edir. Xalq artistimiz Ceyran Haşımova "Lalə" qızlar ansamblının rəhbəri olub. İlk dəfə olaraq tar alətini səhnədə ifa edən qadın sənətçi onu görmüşəm. Mən 10 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam və  Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına musiqi kollecində muğamı təbliğ edirəm. Orada tələbələrim var. Tara qızların maraq göstərdiyini gördükdə çox sevinirəm. Hətta, rəhbərlik səviyyəsində qeyd olunur ki, səndən sonra bu sənətə daha çox qızlar gəlməyə başladı. Tara həvəs göstərən xanım tələbələri daha çox mənim sinfimə yönəldirlər. Xanım tələbələrimdən biri Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalında birinci yerə layiq görüldü. Həmin tarzən bu gün mənimlə birlikdə kollecdə pedaqoq kimi çalışır. 

- Qadın tarzənlərimiz olub, amma bu günün gəncləri  sizi görür, sizdən örnək götürür.

- Bu gün bu missiya mənim üzərimə düşür. Düzdür, qadın tarzənlərimiz var, ancaq  onlar meydanda olmayıblar. Təhsillərini bitirəndən sonra müəyyən səbəblərdən sənəti davam etdirməyiblər.  Bu gün kollecdə 6  xanım tələbəm var. Digər musiqi məktəblərindən xəbərim oxdur, hər halda, yəqin ki, orda da xanım tarzənlər yetişməkdədir. Bir az da qətiyyətli olsalar, gələcəkdə bu missiyanı layiqli şəkildə davam etdirmək potensialına sahib olarlar. Bu işdə hər şey sevgidən başlayır, sənətini  sevəcəksənsə, tar sənə çox şey verəcək. Yoxsa Humay kimi mən də efirdə olum, klip çəkdirim deyə sənətə gələcəklərsə, çox uzağa gedə bilməyəcəklər. Nailiyyət əldə etmək üçün zəhmət çəkmək lazımdır.

- Gənc ifaçı olaraq davamçılarının olması, sizi örnək görmələri fərqli bir hiss olmalıdır.

- Çox gözəl hissdir. Tarla məşğul olmağa 14 yaşımda başlamışam. Mənim sənətə gəlişim bir az gec olub. 16 yaşında Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunanda çevrəmdəki insanlar mənə qəribə  baxırdı. Müəllimlər təəccüb içində idilər. Çünki qadın tarzən olaraq meydanda tək idim. Deyirdilər ki, zərif bir xanım kimi hər gün əlində tar daşıyırsan. Qardaşım hər dəfə bildirirdi ki, təhsilini piano, fortepiano ixtisası üzrə davam etdirsəydin, notları çantana qoyub, rahat dərsə gedib gələrdin. Ancaq indi deyirlər ki, sənin bacın bir əlində tar, birində çanta ilə dərsə gedir. Əlbəttə ki,  məni heç kim buna məcbur etmirdi, bu, sevgidən qaynaqlanırdı. 

- Tara görə nələri qurban veribsiniz?

- Tara görə ailə qurmağa gecikmişəm... Ancaq geriyə dönüb baxanda düşünürəm ki, əslində düz seçim etmişəm. Tar mənim üçün bir dəyərdir. Bəzən olur ki, yorğun olursan, problemini kiminləsə bölüşə bilmirsən, o zaman musiqi köməyinə çatır. Tarı ifa etməklə rahatlıq tapırsan. Hər insanın kövrək anları olur. İçindəkiləri başqası ilə bölüşmək istəmirsən, o zaman tar sirdaşıma çevrilir. Belə olduqda, rahatlıq tapıram, bütün yorğunluğumu stressimi atıram. Hər insan fərqli şəkildə rahatlıq tapır. Kimisi alış-veriş edir, kimisi də təbiətdə rahatlıq tapır.

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu like
  • 13 Mar 23:06  
Dünya Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

arrow Ətraflı
Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi like
  • 13 Mar 22:55  
Digərləri Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər və

arrow Ətraflı
Daha bir fəlakət dünyanı CƏNGİNƏ ALDI: 1 gündə 35 min insanın... like
  • 13 Mar 22:40  
Digərləri Daha bir fəlakət dünyanı CƏNGİNƏ ALDI: 1 gündə 35 min insanın...

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşki

arrow Ətraflı
İnzibati rəhbər vəzifələrə qəbul imtahanı ləğv edildi like
  • 13 Mar 22:35  
Sosial İnzibati rəhbər vəzifələrə qəbul imtahanı ləğv edildi

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər və

arrow Ətraflı
Azərbaycanda bütün idman tədbirləri ləğv olundu like
  • 13 Mar 22:28  
Digərləri Azərbaycanda bütün idman tədbirləri ləğv olundu

Azərbaycanda bütün kütləvi tədbirlər bir ay müddətinə təxirə salın

arrow Ətraflı
Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti yeni qaydada tənzimlənəcək  Operativ Qərargah like
  • 13 Mar 22:24  
Digərləri Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti yeni qaydada tənzimlənəcək Operativ Qərargah

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda ictimai nəqliyyatın fə

arrow Ətraflı
Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır  RƏSMİ like
  • 13 Mar 22:19  
Digərləri Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır RƏSMİ

Sabahdan Azərbaycanda restoran və kafalerin iş rejimində dəyişiklik edilə

arrow Ətraflı