Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu


Dünya 13 Mar 2020 23:06:13 134 0

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

Polşada COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı mübarizə tədbirlərinə hərbçilər də cəlb olunub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Ərazi müdafiə qüvvələri dövlət sərhədi boyu keçirilən yoxlamalarla bağlı tədbirlərə cəlb edilərək buraxılış məntəqələrində mülki qurumların fəaliyyətinə dəstək verir. Həmçinin hərbçilər 14 hava limanında Polşaya gələn sərnişinlərin hərarətini ölçməkdə, yerləşmə kartlarının toplanaraq çeşidlənməsində də iştirak edirlər” - deyə qeyd edilir.

Bildirilir ki,tibbi ixtisasa malik 1 100-dək hərbçi koronavirusla mübarizəyə kömək etməyə hazırdır.

Son məlumata görə,ölkədə koronavirusa yoluxanların sayı 64 nəfərdir ki, bunların arasında silahlı qüvvələrin baş komandanı general-leytenant Yaroslav Mika da var.