Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır RƏSMİ


Digərləri 13 Mar 2020 22:19:00 155 0

Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır  RƏSMİ

Sabahdan Azərbaycanda restoran və kafalerin iş rejimində dəyişiklik ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.