Bu gün əfsanəvi "Mixaylo"nun doğum günüdür FOTO


Kriminal 13 Mar 2020 21:49:00 60 0

Bu gün əfsanəvi "Mixaylo"nun doğum günüdür  FOTO

Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 93 il ötür.

Nodar Şaşıqoğlu 1927-ci il martın 10-da Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950-1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957-1962-ci illərdə "Azərbaycanfilm", "Mosfilm" və digər kinostudiyalarda çalışıb, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb. Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri vardır. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

"Mosfilm", "Odessa" və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında "Azərbaycanfilm" kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. "Uzaq sahillərdə" filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı isə sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.

Operativ Qərargah: Dövlət heç bir vətəndaşını darda qoymayacaq like
  • 13 Mar 21:47  
Sosial Operativ Qərargah: Dövlət heç bir vətəndaşını darda qoymayacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah İtaliyada qalan Azərbaycan vət

arrow Ətraflı
Marketlərdə ərzağın məhdud şəkildə satılması yalandır  Operativ qərargah like
  • 13 Mar 21:47  
Digərləri Marketlərdə ərzağın məhdud şəkildə satılması yalandır Operativ qərargah

Sosial şəbəkələrdə yayılan şayiələri hər gün təkzib edirik.

arrow Ətraflı
Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir like
  • 13 Mar 21:43  
Digərləri Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın k

arrow Ətraflı
AzərbaycanGürcüstan sərhədi müvəqqəti bağlandı like
  • 13 Mar 21:42  
Siyasət AzərbaycanGürcüstan sərhədi müvəqqəti bağlandı

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş

arrow Ətraflı
Operativ qərargahda koronavirusla bağlı müzakirələr aparıldı like
  • 13 Mar 21:40  
Digərləri Operativ qərargahda koronavirusla bağlı müzakirələr aparıldı

Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib.

arrow Ətraflı
Azərbaycan-Gürcüstan sərhədi müvəqqəti bağlandı like
  • 13 Mar 21:35  
Siyasət Azərbaycan-Gürcüstan sərhədi müvəqqəti bağlandı

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş

arrow Ətraflı
“Karmen” koronavirusa görə tamaşaçısız qaldı like
  • 13 Mar 21:35  
Dünya “Karmen” koronavirusa görə tamaşaçısız qaldı

Koronavirusun sürətlə yayılması səbəbindən bütün kütləvi tədbirlər

arrow Ətraflı
Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq like
  • 13 Mar 21:33  
Sosial Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq

Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənl

arrow Ətraflı
Seul aeroportundan 2003cü ildən bəri ilk dəfə beynəlxalq uçuş həyata keçirilməyib like
  • 13 Mar 21:31  
Dünya Seul aeroportundan 2003cü ildən bəri ilk dəfə beynəlxalq uçuş həyata keçirilməyib

Cənubi Koreyanın paytaxtı Seulun Kimpo hava limanında 2003-cü ildən bəri

arrow Ətraflı
Azərbaycanda yas mərasimlərinin keçirilməsi qadağan edildi like
  • 13 Mar 21:29  
Digərləri Azərbaycanda yas mərasimlərinin keçirilməsi qadağan edildi

Sabahdan Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında

arrow Ətraflı
Binəqədidə ev və ona bitişik ofis yanıb like
  • 13 Mar 21:27  
Digərləri Binəqədidə ev və ona bitişik ofis yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan birmərtəb

arrow Ətraflı
Operativ qərargah: Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur like
  • 13 Mar 21:24  
Digərləri Operativ qərargah: Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur

Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdu

arrow Ətraflı