Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölüm səbəbi onun xroniki xəstəliyidir Operativ qərargah


Digərləri 13 Mar 2020 21:33:00 170 0

Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölüm səbəbi onun xroniki xəstəliyidir  Operativ qərargah

Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölümünün səbəbi onun xroniki xəstəliyinin olmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində bildirilib.

Bildirilib ki, koronavirusa qarşı tətbiq olunan dərmanlar insanın immun sistemini zədələyir və həmin vətəndaşın immun sistemi buna tab gətirə bilməyib:

"Qalan xəstələrin vəziyyəti sabitdir, dəstəkverici müalicə alırlar. Bir xəstənin vəziyyəti nisbətən ağırdır və onun da müalicəsi aparılır, həkimlərin nəzarəti altındadır".