Çində koronavirusa yoluxanların sayı 80,8 min nəfəri ötdü


Dünya 13 Mar 2020 07:19:23 149 0

Çində koronavirusa yoluxanların sayı 80,8 min nəfəri ötdü

Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.

Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ölkədə daha 1 318 insan sağalıb və xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, Çində koronavirusa yoluxanların ümumi sayı 80 813 nəfər təşkil edir. Ölkənin 64 111 sakini yeni virusdan sağalıb, 3 176 nəfər ölüb.