Sindzo Abe və Donald Tramp arasında telefon danışığı oldu


Dünya 13 Mar 2020 05:09:04 159 0

Sindzo Abe və Donald Tramp arasında telefon danışığı oldu

Koronavirusun yayılması fonunda Yaponiyanın baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Koronavirusun yayılması fonunda Yaponiyanın baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Report” xəbər verir ki,bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Telekanalın məlumatına görə, iki ölkənin liderləri koronavirusun yayılmasına qarşı cari işlərin durumu haqqında fikir mübadiləsi aparıblar. Dövlət başçılarıbu problemin həlli üzrə hərtərəfli əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Abe və Tramp arasında telefon danışığı ABŞ prezidentinin Tokioda Olimpiya oyunlarının koronavirusaya görə təxirə salınması ilə bağlı fikirləri fonunda keçirilib. Lakin hazırda iki ölkə liderinin danışığının gedişatında bu məsələnin qaldırılıb-qaldırılmaması hələ məlum deyil.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində yayılıb.