İraqda İŞİD-in onlarla terrorçusu zərərsizləşdirildi


Dünya 13 Mar 2020 04:05:49 171 0

İraqda İŞİD-in onlarla terrorçusu zərərsizləşdirildi

İraqın Kərkük əyalətinin cənubunda İŞİD-in 22 terrorçusu zərərsizləşdirilib.

İraqın Kərkük əyalətinin cənubunda İŞİD-in 22 terrorçusu zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kərkükdəki Birləşmiş Operativ Komandanlığın rəhbəri, general-polkovnik Saad Harbie bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatı çərçivəsində daha 46 terrorçu saxlanılıb.

Harbie hərbçilərə və polisə dəstək verən Kərkük əhalisinin mövqeyini yüksək qiymətləndirib.

“Təhlükəsizlik qüvvələri kiməsə Kərkükdə təhlükəsizliyi və sabitliyi pozmağa imkan verməyəcək”, - deyə o vurğulayıb.