ABŞın neft ehtiyatları kəskin artıb RƏSMİ


Dünya 12 Mar 2020 20:09:00 134 0

ABŞın neft ehtiyatları kəskin artıb  RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 7,66 mln. barel artaraq 451,783 mln. barel təşkil edib.

Son.az "APA-Economics"ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,27 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.