Türkiyə koronavirusa görə turizm mövsümünü təxirə saldı


Dünya 12 Mar 2020 19:54:00 146 0

Türkiyə koronavirusa görə turizm mövsümünü təxirə saldı

Türkiyə hökuməti koronavirusun yayılması səbəbiylə ölkənin otelləri və turizm şirkətlərinə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salmağı təklif edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy turoperatorlara ölkəyə səfərlərin təşkilinə 15 apreldən sonra başlamağı tövsiyə edib.

Həmçinin, Ticarət naziri Ruhsar Pekcan, Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna təxirə salınacağına söz verib.

Xatırladaq ki, martın 11-də Türkiyədə "COVID-2019" xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb.