Kraliçanın nəvəsinin toyu da təxirə düşdü


Digərləri 12 Mar 2020 19:22:00 132 0

Kraliçanın nəvəsinin toyu da təxirə düşdü

Kraliça II Yelizavetanın nəvəsi Biatrisin toyu növbəti dəfə təxirə düşüb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, şahzadə Harri və Meqan Markl kral ailəsindən imtina etdikdən sonra Biatris və onun nişanlısı Eduardo Mapelli-Mozzi mayın 29-da nikah masasına oturacaqdılar.

Bu günlərdə məlum olub ki, cütlüyün toyu dünyada sürətlə yayılan koronavirusa görə təxirə salınıb.

İzdivacın yeni tarixi ilə bağlı hələlik heç bir məlumat yoxdur.