"Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz"


Şou-biznes 12 Mar 2020 19:25:00 148 0

"Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz"

Son.az ölkə.az-a istinadla Hüseyn Dərya ilə bağlı yazını təqdim edir:

Zaman bizə qarşı çox acımasızdır. Həyatımızda bizim üçün dəyərli olan insanları nə vaxtsa itirsək, üstündən bir müddət keçdikdən sonra unuduruq. Amma niyə sevdiklərimizi, bizə doğma olan insanları itirdikdən sonra sadəcə doğum və anım günlərində xatırlayırıq? Halbuki bizim üçün onlar əvəzsizdirlər.

Bu gün gənclik üçün dəyərli olan birindən yazmaq qərarına gəldim. Söhbət, Azərbaycan repinin yaradıcılarından olan Hüseyn Dəryadan gedir. Mərhum reperimiz Hüseyn Muradov 1975-ci il iyunun 28-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailədə 5 uşaq olublar. Üç bacı, iki qardaş. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra valideynləri sənədlərini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə veriblər. Çünki o vaxtlar Hüseyn, Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdu. Ali təhsili natamam sayılır. Ona görə ki, həmin dövr Qarabağ müharibəsi ərəfəsinə təsadüf edirdi.

Vətənin çətin gününü görən Hüseyn Dərya ali təhsilindən imtina edir və könüllü cəbhəyə, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmağa yollanır. Melomanlığı ilə fərqlənən Hüseyn əsgərlikdə olanda, komandirləri onu postda durmaqdan azad edib. Çünki post elə bir yerdir ki, orada eşidilən hər səs düşmənə yerini bildirə bilərdi. Hüseyn isə bütün günü postda rep oxuyub, brek-dans oynayırmış. Bu onun özündən asılı olmayıb... Hələ komandiri bir dəfə gülərək deyib ki, "Ə, bu, bizi qırğına verəjək. Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz". 4 il 4 ay hərbi xidmət keçdikdən sonra reper kimi səhnə fəaliyyətinə başlayıb. Baxmayaraq ki, musiqi təhsili olmayıb, mahnılarını özü bəstələyib. Görünür, bu, Allahın ona bəxş etdiyi istedad idi.

Image result for hüseyn dəryaO, musiqiyə aid bütün janrlardan xəbərdar olub. Özünə Dərya təxəllüsü götürən Hüseyn, bəstələdiyi mahnıları sayəsində qısa zamanda məşhurluq zirvəsinə ucalır. Adı və repləri dillər əzbəri olur. Bir müddət keçdikdən sonra səhnədən uzaqlaşır. Həmin müddət ərzində başına olmazın işlər gəlir, taleyi düyünə düşür, ailəsi ondan imtina edir, təklənir... Ataların bir məsəli var ki, "Yıxılana balta vuran çox olar". Hüseyn də elə bu vəziyyətlə qarşılaşır. Image result for hüseyn dərya