Birləşmiş Ərəb Əmirliklərində qəlyan çəkmək qadağan edildi


Dünya 12 Mar 2020 18:31:00 237 0

Birləşmiş Ərəb Əmirliklərində qəlyan çəkmək qadağan edildi

Birləşmiş Ərəb Əmirlikləri hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə qəlyan çəkməyə qadağa qoyub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, kafe və restoranlarda, o cümlədən otellərdə profilaktik səbəblərdən və ehtiyat tədbirləri çərçivəsində qəlyandan istifadə qadağan edilib.

Qeyd edək ki, son məlumatlara görə, BƏƏ-də 74 yoluxma hadisəsi qeydə alınıb.