Daha bir nazir koronavirusa yoluxdu


Dünya 12 Mar 2020 18:34:00 136 0

Daha bir nazir koronavirusa yoluxdu

İspaniyanın Bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlanıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, nazir qan analizi verib və nəticəsi pozitiv çıxıb.

Onunla birlikdə yaşayan baş nazirin köməkçisi və "Podemos" partiyasının lideri Pablo İqlesias da karantinə alınıb.

Nazirlər Kabinetindən verilən açıqlamada Monteronun səhhətinin yaxşı olduğu bildirilib.

Bundan başqa, İspaniya parlamentinin sabiq sədri, Səhiyyə və İctimai İşlər naziri vəzifəsində çalışmış Ana Pastor da epidemiyaya yoluxub.