Azərbaycan iki pakistanlını ABŞ-a ekstradisiya edəcək - MƏHKƏMƏ


Sosial 12 Mar 2020 18:18:44 144 0

Azərbaycan iki pakistanlını ABŞ-a ekstradisiya edəcək - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşlarının ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - Asif Muhammad Anjum və Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, hər iki şəxs ABŞ-a təhvil veriləcək.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.