Azərbaycanda ali təhsil müəssisəsi distant təhsilə keçdi


İqtisadiyyat 12 Mar 2020 18:05:33 224 0

Azərbaycanda ali təhsil müəssisəsi distant təhsilə keçdi

Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar ​Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında bütün dərslər distant formada təşkil edilir

Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında bütün dərslər distant formada təşkil edilir.

Bu barədə “Report” DGK-ya istinadən xəbərverir.

Məlumatda deyilir ki, dərslərin distant keçirilməsi üçün Akademiyada yaradılan şərait ən müasir tələblərə tam cavab verir.

Gömrük Akademiyasında distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edir. Sistemə qoşulan hər bir tələbə distant dərs zamanı mühazirəni dinləməklə yanaşı, müəllimə müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Eyni zamanda, müəllimin distant formada mühazirəsi avtomatik olaraq yazılır. Bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək imkanı verir.