İnfeksiya mənbəyi olan çayxanalar


Digərləri 12 Mar 2020 18:09:00 140 0

İnfeksiya mənbəyi olan çayxanalar

Ölkədə bütün ictimai yerlərdə dezinfeksiya işləri aparılır. Məktəblər bağçalar, avtovaqzallar,idman kompleksləri və s. İnsanların daha çox toplaşdığı çay evlərində isə nədənsə dezinfeksiya işləri hələki gözə dəymir. Bununla bağlı sahibkarların bəzilərindən müsahibə almaq istəsək də razılq verən olmadı. Şəhər sakinləri isə vəziyyəti belə izah etdi.

Son.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Xaçmaz sakini: "Stəkanlarda çay dənləri qalır. Çalışırıq ki, natəmiz yerlərə getməyək".

Çay evlərinin bəziləri səliqli təmiz olsa da sınıq, köhnə üzəri çirkab olan, hisli paslı çayniklərdə müştərilərə xidmət edənlər də az deyil. Bir masada hər gün onlarla müştərinin oturduğunu stəkanlardan müxtəlif insanlarn istifadə etdiyini nəzərə alsaq virusun yayılma riskini anlamaq mümkündür. Girdiyimiz bəzi çay evlərində isə siqaret tüstüsündən nəfəs almaq belə mümkün deyildi.

Xaçmaz sakini: "Siqaret iyindən getmirik çayçılara".

Tibbi mütəxəsssilər bildirir ki, qablar və masalar gün ərsində ən azı iki dəfə xüsusi məhlullarla silinməlidir. Belə durumlarda isə hər dəfə stəkanlar züsusi məhlulla və qaynar suda yuyulmalıdır. Lakin əksər çay evlərində stəkanların üzərindən sadəcə su axıdılmaqla proses bitir.