Almaniya və Belçikada koronavirusa yoluxanların sayı artdı


Dünya 12 Mar 2020 15:43:27 130 0

Almaniya və Belçikada koronavirusa yoluxanların sayı artdı

Qərbi Avropanın iki ölkəsində koronavirus daşıyıcılarının sayı kəskin artıb

© google.az

Qərbi Avropanın iki ölkəsində koronavirus daşıyıcılarının sayı kəskin artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki,infeksiyaya yoluxanların sayı Almaniyada 2 078, Belçikada isə 399 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 810-a çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 717 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.