Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq SƏRƏNCAM


Siyasət 12 Mar 2020 15:26:00 135 0

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq  SƏRƏNCAM

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.