Bir həftə əvvəl Sumqayıtda meyiti tapılan qadının öldürüldüyü məlum olub


Kriminal 12 Mar 2020 15:44:00 159 0

Bir həftə əvvəl Sumqayıtda meyiti tapılan qadının öldürüldüyü məlum olub

Martın 6-da Sumqayıt şəhəri 4-cü mikroayonda yerləşən mənzildə meyiti tapılan 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızının öldürüldüyü məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, ilkin araşdırmalar zamanı G.Əliyevanın boğularaq öldürüldüyü təsdiqlənib. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb. 

Hadisənin digər təfərrüatları araşdırılır.