Sumqayıtda parkda xeyli sayda güllə tapıldı


Sosial 12 Mar 2020 15:23:14 153 0

Sumqayıtda parkda xeyli sayda güllə tapıldı

Mart-ın 12-i&saat 10:30-da Daxili İşlər Nazirliyinin (DİN)&″102″ Xidməti-Zəng mərkəzi sistemindən&Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)&Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində 70-80 ədəd güllənin tapılması barədə məlumat daxil olub.

Martın 12-sisaat 10:30-da Daxili İşlər Nazirliyinin (DİN)″102″ Xidməti-Zəng mərkəzi sistemindənƏrazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində 70-80 ədəd güllənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə,Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib vəbaxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 30 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək