Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə səyyar xidmətə başladı


İqtisadiyyat 12 Mar 2020 15:13:33 168 0

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə səyyar xidmətə başladı

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ilk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" verilib.

Sabahdan etibarən 6 səyyar xidmət mikroavtobusu müxtəlif bölgələrdə eyni vaxtda xidmətə başlayacaq. Xidməti həyata keçirəcək İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları və sürücülər xüsusi təlimlərə cəlb olunublar.

Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunacaq və xidmətin təşkili barədə DAİM-lər fermerlərə məlumat verəcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək