''Cenifer Aniston öldürülməlidir''


Digərləri 12 Mar 2020 14:29:00 203 0

''Cenifer Aniston öldürülməlidir''

Cinsi istismar və təcavüz xəbərləri ilə Hollivudu dərindən sarsıdan prodüser Harvey Vaynştaynın Cenifer Aniston haqqında dediyi dəhşətli sözlər ortaya çıxıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aralarında məşhur aktrisa və modellərin də olduğu onlarla qadına cinsi istismar və təcavüz edən məşhur prodüser Harvey Vaynştaynın xəbərləri media gündəmindən düşmür.

Vaynştaynın dünyaca məşhur aktrisa Cenifer Aniston barəsində işlətdiyi ifadələr ilk dəfə gün üzünə çıxıb. 2005-ci ildə Anistonu cinsi istismar edildiyi deyilən prodüser 2017-ci ildə ''The national enquirer''in muxbirinə ''Aniston öldürülməlidir'' sözlərini email vasitəsi ilə göndərib. Lakin Anistonun sözcüsü bu iddianı yalanlayaraq rejissorla aktrisanın heç vaxt təklikdə qalmadığını bildirib.