AMEA-nın Mərkəzi Elmi Kitabxanası iki günlük bağlanır


Sosial 12 Mar 2020 13:11:18 165 0

AMEA-nın Mərkəzi Elmi Kitabxanası iki günlük bağlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxuculara xidməti iki günlük dayandıracaq.

Mərkəzi Elmi Kitabxana

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxuculara xidməti iki günlük dayandıracaq.

"Report" xəbər verir ki, bu barədə MEK-in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 18 mart - sanitar günü və 19 mart - koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri ilə bağlı Mərkəzi Elmi Kitabxana oxuculara xidmət göstərməyəcək.

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin bir neçə gün bundan öncəimzaladığı əmrlə MEK-in direktoru Leyla İmanova vəzifəsindən azad edilib. Onun yerinə Sevil Zülfüqarova təyin edilib.