“Airbus”un səhmlərinin dəyəri azalıb


İqtisadiyyat 12 Mar 2020 13:11:37 159 0

“Airbus”un səhmlərinin dəyəri azalıb

Bu gün beynəlxalq birjalarda Fransanın “Airbus” şirkətinin səhmlərinin dəyəri 10%-dən çox düşüb

© Yahoo Finance

Bu gün beynəlxalq birjalarda Fransanın “Airbus” şirkətinin səhmlərinin dəyəri 10%-dən çox düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki,ümumilikdə, bu həftə aviaşirkətin səhmlərinin dəyəri 13,87% enib.

Qeyd edək ki, “Airbus”ın səhmləri ABŞ-ın Avropaya səyahətə qadağa qoymasından sonra kəskin düşüb. Qərara əsasən, martın 13-dən etibarən 30 gün müddətində İngiltərə istisna olmaqla Avropaya səfərlər təxirə salınıb.