ABŞ və Britaniya İraqda koalisya hərbçilərinin öldürülməsini qınayıb


Dünya 12 Mar 2020 10:46:32 146 0

ABŞ və Britaniya İraqda koalisya hərbçilərinin öldürülməsini qınayıb

Koalisyanın məlumatına əsasən, Taciyə 18 “Katyuşa” reaktiv mərmisi atılıb.

© google

ABŞ və Böyük Britaniya koalisiya qüvvələrinin İraqdakı bazasının bombalanmasını qınayaraq, bunu törədənlərinməsuliyyətə cəlb etməyə çağırıblar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədəABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

“ABŞ-ın dövlət katibi Mayk Pompeo və Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabla aralarında ABŞ, Böyük Britaniya və başqa ölkələrin vətəndaşlarının olduğuhərbçilərinin ölməsi ilə nəticələnən İraqdakı Taci hərbi bazasına hücumu müzakirə ediblər. Onlar terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin gücləndirilməsi səylərini dəstəklədiklərini, koalisiya qüvvələrinə hücumu qınadıqlarını bildiriblər”, - Dövlət Departamentindənvurğulanıb.

Qeyd edək ki, martın 11-də edilənhücum nəticəsində ABŞ-ın başçılıq etdiyi koalisiyanın 3 hərbçisi ölüb, 12-si isə yaralanıb. Ölənlərdən 2-si Britaniya, 1 ABŞ hərbçisidir.

Koalisiyanın məlumatına əsasən, Taciyə 18 “Katyuşa” reaktiv mərmisi atılıb.