Əfsanəvi azərbaycanlının obrazını yaradan serb


Kriminal 11 Mar 2020 23:36:00 220 0

Əfsanəvi azərbaycanlının obrazını yaradan serb

Və ya "Maqomayev" serialının görünməyən tərəfləri 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın birinci kanalında (ORT ) görkəmli opera müğənnisi Müslüm Maqomayev haqqında serial yayımlanacaq. 9-12 mart tarixlərində tamaşaçıları ekran başına toplayacaq "Maqomayev" serialı 6 ilə çəkilib. Serialın təkcə ssenarisi müğənninin həyat yoldaşı Tamara Sinyavskaya ilə birgə 4 ilə yazılıb. "Maqomayev təkcə Rusiya üçün yox, bütün postsovet məkanı üçün böyük fiqurdur və biz bunu öyrənməyə çalışdıq. Bununla belə, layihəni müasir formada reallaşdırmağa səy göstərdik" - deyə serialın prodüseri Daniil Şarapov deyib. 

Serialdakı hadisələr 1960-cı illərdə Brejnev epoxasının qızğın vaxtlarında cərəyan edir. Müslüm Maqomayev konsert proqramının səsyazması zamanı opera müğənnisi Tamara Sinyavskaya ilə tanış olur. Sovet estradasının kralı ilə doğmaqda olan opera teatrının ulduzu arasında böyük hisslərin başlanğıcı olacaq qığılcım yaranır. Ancaq o zaman Tamara evli qadın idi, Müslüm isə subaylığın daşını hələ atmamışdı. Ancaq tale yenidən sevənləri birləşdirir. Bu dəfə onlar Parisdə görüşürlər...    Niyə məhz Miloş Bikoviç?

Serialda Müslüm Maqomayev rolunu serb və rus aktyoru Miloş Bikoviç oynayır. Baş rolu oynadığı "Kölə" filminin uğurundan sonra Maqomayev roluna dəvət alması təsadüfi olmayıb. Serialın qrim üzrə rəssamının sözlərinə görə, hər dəfə Bikoviçin qrimi saat yarımdan çox vaxt aparıb. Amma Maqomayevin saç düzümü isə onun yarıparik  və qara saçlı olmasına görə daha uğurlu alınıb. Aktyorun saç düzümünü o dövrün dəbinə uğurla uyğunlaşdırmağı bacarıblar. Maraqlıdır ki, estrada əfsanəsinin roluna çəkilmək üçün keçmiş SSRİ-nin müxtəlif ölkələrindən yüzlərlə istedadlı aktyor sınaqdan keçirilib. Tamara Sinyavskaya məhz Miloş Bikoviçin seçilməsinin tərəfdarı olub. Tamara Sinyavskayanın öz rolunu isə 2010-cu ildə "Miss Rusiya" titulunu qazanan İrina Antonenko oynayır. İrina öz karyerasına 2011-ci ildən başlayıb. Svetlana Ustinova Maqomayevin vətəndaş nikahında olan arvadını oynayır. Musiqi proqramlarının redaktoru faktiki olaraq müğənnin prodüseridir. Musiqi və mahnılar, sözsüz ki, Müslüm Maqomayevin və Tamara Sinyavskayanın öz səsi ilə ifa olunur. Bu isə filmdə aparıcı rol sayılır. Filmdə "Gözəllik şahzadəsi" , "Mavi sonsuzluq", "Toy", həmçinin "Bremen musiqiçiləri" cizgi filmindən kompozisiya və s. musiqilər səslənir. Rusiyanın özündə də opera əfsanəsinin roluna məhz 32 yaşlı rus və serb aktyoru Miloş Bikoviçin çəkilməsi böyük maraq doğurub. 

"Ya baş rol, ya heç nə"

Kino və teatr aktyoru Miloş Bikoviç  1988-ci ildə Belqradda doğulub. Oğlanın doğmaları milliyyətcə serbdirlər. Onların teatr və kino dünyası ilə heç bir bağlılığı yox idi. Ancaq incəsənət, ədəbiyyat, rəssamlıq və teatra ailədə böyük hörmət var idi. Aktyor olmaq istəyi isə gənci yuxarı siniflərdən cəlb etməyə başlamışdı. Onu Belqrad İncəsənət İnstitutuna gətirən də bu həvəs oldu.  Bu institutda təhsil rus sistemi üzrə aparılırdı. Miloş institutu bitirəndən sonra Belqrad Milli Teatrının truppasına daxil oldu. Hazırda Miloş Bikoviç öz ölkəsinin ən məşhur aktyorlarından sayılır. 

Onun kinematoqrafiyadakı ilk işi ikinci kursda oxuyanda baş tutur. Kurs yoldaşları ilə filmlərin sınağında iştirak edir. 2004-cü ildən başlayaraq o, kino layihələrində və seriallarda çəkilməyə başlayır. Bu, ona böyük kinoda təcrübə qazanmaq üçün lazım idi. Belə məşqlərin birində rejissor, Bikoviçi gözlənilmədən rola dəvət edir. Artıq özünün gücünə şübhə etməyən Bikoviç "Ya baş rol, ya heç nə" deyərək, rejissorun qarşısına şərt qoyur. Beləcə, aktyor tarixi bir filmin baş qəhrəmanına çevrilir. 

O, "Montevideo: Tanrısayağı qarabasma" tarixi filmində oynadığı baş rola görə, təkcə məşhurluq qazanmır, həmçinin Serbiya kinematoqrafiyasının mükafatlarına layiq görülür. 

Böyük ailə arzusu   Gənc aktyor həmçinin postsovet məkanı tamaşaçılarının da pərəstişkarına çevrilib. Rusiyada Bikoviçin uğurları Nikita Mixalkovun "Günəşin zərbəsi" filmindən sonra başlayıb. Bu filmdəki rolun uğuru ona digər rus filmlərində də çəkilmək imkanı yaradıb. Beləcə, "Eleon oteli", "İmperiyanın qanadları", "Buz", "Balkan sərhədləri" və "Kölə" filmlərindən sonra Bikoviçin karyerasının sərhədləri xeyli genişlənib.