Baş Nazir Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi


Digərləri 11 Mar 2020 23:16:00 209 0

Baş Nazir Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi

Baş Nazir Əli Əsədov Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyinə tapşırıqlar verib.

Son.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirmək tapşırılıb.

Qeyd olunub ki, artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir.