Gürcüstanda 12 yaşlı uşaqda koronavirus tapıldı Xalasından yoluxub


Dünya 11 Mar 2020 23:07:00 178 0

Gürcüstanda 12 yaşlı uşaqda koronavirus tapıldı  Xalasından yoluxub

Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkar edilib, yeniyetmənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Son.az medicina.az-a istinadən xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

Virusun yeniyetməyə İtaliyadan qayıdan xalasından keçdiyi bildirilir. 12 yaşlı uşaqda xəstəlik böyüklərə nisbətən daha yüngül formada davam edir.