Beşinci Buktreyler Festivalının səsi bəlli oldu


Kriminal 11 Mar 2020 20:50:00 164 0

Beşinci Buktreyler Festivalının səsi bəlli oldu

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının 5-ci sezon video-loqosu təqdim olunub. V Buktreyler Festivalının yubiley səsi şair, yazıçı, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşəndir.

Bu barədə kinaktyor Ruslan Sabirli məlumat vermişdir: "Bildiyiniz kimi, bu il Buktreyler Festivalı artıq 5 illik yubileyini qeyd edir. Ona görə də Festivalın bu ilki səsinin aparıcılardan kiminsə deyil, məhs ədəbiyyat sahəsində öz sözünü demiş bir şəxsiyyətin, sənətkarın olmasını istədik və bu şəxsin hər kəsin sevimlisi olan Ramiz Rövşən olacağına qərar verdik. Ramiz müəllimə təşəkkür edirik ki, etiraz etmədi və bizim layihəyə dəstək olmağa razılıq verdi.Düşünürəm ki, belə bir sənətkarın V Buktreyler Festivalının səsi olması həm bir təşkilatçı olaraq mənə, həm də festival iştirakçılarına böyük bir hədiyyədir. Bu cür sənətkarla tanışlıq və görüşü təşkil etdiyi üçün yazıçı,  Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə dərin minnətrdarlığımı bildirirəm."

Qeyd edək ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür: