Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək


Digərləri 11 Mar 2020 20:40:00 126 0

Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənədi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzalayıblar.

Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.